13 Fevral 2025, 17:15
FUTBOL
“Barselona”nın idman direktoru Deko gənc futbolçu Lamin Yamalla bağlı yayılan söz-söhbətlərə son qoyub. Matc.az xəbər verir ki, klub rəsmisi gənc yarımmüdafiəçi üçün təklif almadıqlarını bildirib.
Deko Yamalın uzun illər komandada qalacağına əmindi: “Bizim əsas oyunçularımız var, Lamin onlardan biridi. Onun başqa klublara transferi ilə bağlı heç bir müzakirə olmayıb, Yamala qiymət qoyulmadı. Çünki bu məsələni müzakirə etməyi belə planlaşdırmırıq. Şübhəsiz ki, Lamin uzun illər “Barselona”da qalacaq”.
Qeyd edək ki, Lamin Yamal bu mövsüm bütün turnirlərdə 31 oyunda 11 qol vurub, 14 məhsuldar ötürmə verib. Onun hazırkı müqaviləsi gələn ilin yayına kimidi.