13 Fevral 2025, 16:43
FUTBOL
FIFA-nın əməkdaşı Cek Koulz 14 yaşlı yeniyetmə oğlanla cinsi əlaqədə olmaqda şübhəli bilinir. Matc.az xəbər verir ki, bu səbəbdən ali futbol qurumunun rəsmisi həbs edilib.
Britaniyalı Koulz ötən ilin oktyabrında tanışlıq proqramı vasitəsilə yeniyetmə ilə tanış olub. O, ötən həftə yeniyetmə ilə yenidən görüşməyə çalışsa da, DÇ-2026-ya hazırlıq məqsədilə açılan Mayamidəki FIFA ofisinin qarşısında hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Qeyd edək ki, DÇ-2026-ya ABŞ, Meksika və Kanada ev sahibliyi edəcək.