13 Fevral 2025, 18:24
FUTBOL
İspaniyanın "Barselona" klubu müdafiəçi Pau Kubarsi ilə müqavilənin müddətini uzaddığını açıqlayıb.
Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Bildirilir ki, 18 yaşlı futbolçunun klubla yeni müqaviləsi 2029-cu il iyunun 30-na kimi nəzərdə tutulub.
Qeyd edək ki, Pau Kubarsi İspaniya La Liqasında cari mövsüm 23 oyun keçirib və 3 məhsuldar ötürmə edib. O, həmçinin Çempionlar Liqasında 8, İspaniya Kubokunda 2 oyun keçirib.