13 Fevral 2025, 19:29
FUTBOL
Dortmund "Borussiya"sının hücumçusu Seru Qirassi Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu seçilib.
Matc.az xəbər verir ki, bu barədə Çempionlar Liqasının mətbuat xidməti X sosial şəbəkəsində məlumat yayıb.
Qvineyalı futbolçu “Sportinq”lə görüşdə (3:0) qələbə qolunu vurub və məhsuldar ötürmə edib.
"Mançester Siti" ilə oyunda (3:2) məhsuldar ötürmə edən "Real"ın cinah oyunçusu Vinisius Junior səsvermədə ikinci yeri tutub. "Monako" ilə oyunda (1:0) qələbə qolunu vuran "Benfika"nın hücumçusu Vangelis Pavlidis isə ilk "üçlüy"ü tamamlayıb.