Misli Premyer Liqasının 23-cü tutunda doğma meydanda "Araz-Naxçıvan"la qarşılaşacaq "Turan Tovuz" növbəti dəfə azarkeşlərə səslənib.

Matc.az xəbər verir ki, "Ultras Turan" sosial şəbəkə hesabında paylaşım edib.

"Tribunamız hər zaman nümunəvi davranışı, möhtəşəm dəstəyi, komandasına sadiqliyi ilə seçilib. Premyer Liqaya yüksəldiyimiz ildən bütün dövrələrdə rekordlar qıran, səfər oyunlarında da komandasına Tovuz ab-havası yaradan məhz "Turan Tovuz" azarkeşləri, "Turan Ultras" azad azarkeş qrupudur. Klubumuzun qarşısına qoyduğu vacib missiyanı hər zaman dəstəkləmiş, icrasında da əlimizdən gələni əsirgəməyəcəyimizi hər zaman bəyan etmişik.

Ötən mövsüm olduğu kimi, hazırkı mövsümdə də bərbad hakim idarəçiliyi, qərəzli "səhvlər"lə haqqımız tapdalanıb, vacib xallarımız qəsb olunub. Son turda "Sabah"la keçirilən oyunda bütün futbol ictimaiyyəti qələbəmizin əlimizdən alındığının şahidi oldu.

"Ultras Turan" olaraq 23-cü turda keçiriləcək "Turan Tovuz" – "Araz Naxçıvan" oyununun ilk dəqiqəsində bərbad hakim idarəçiliyinə etiraz olaraq kürəyimizi meydançaya tərəf çevirməyi, bununla da etiraz səsimizi futbol içtimaiyətinə çatdırmağı nəzərdə tuturuq. Bu protestə oyuna gələn bütün azarkeşlərimizin qoşulmasını xahiş edirik. Bildiririk ki, eyni hallar təkrarlanacağı təqdirdə ümumiyətlə oyunlara gəlməməyi belə nəzərdən keçirəcəyik. Klubumuzun da açıqladığı kimi, ədalətli hakimlik istəyirik".

Qeyd edək ki, "Turan Tovuz" – "Araz-Naxçıvan" matçı 16 fevral, saat 16:00-da, Tovuz şəhər stadionunda baş tutacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest