Bildirilir ki, müdafiəçi Tome Kitanovski gələn mövsümdən paytaxt təmsilçisində olmayacaq. 27 yaşlı makedoniyalı futbolçunun başa çatan müqaviləsi yenilənməyib.

Gələn mövsüm Avropa Liqasında ölkəmizi təmsil edəcək "Səbail" daha bir futbolçu ilə yollarını ayırıb. Matc.az xəbər verir ki, bu barədə klub feysbuk səhifəsi vasitəsilə məlumat yayıb.

Bildirilir ki, müdafiəçi Tome Kitanovski gələn mövsümdən paytaxt təmsilçisində olmayacaq. 27 yaşlı makedoniyalı futbolçunun başa çatan müqaviləsi yenilənməyib.

Qeyd edək ki, "Səbail" buna qədər Tamazi Tsetsxaladze, Ruslan Qurbanov, İmanol İriberri və Enrike Moura Perilyo ilə vidalaşıb. Qapıçı Fərhad Vəliyev isə karyerasını bitirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest