Futbol üzrə Türkiyə 1-ci liqasında mövsümə yekun vurulur. Matc.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Ufuk Budakın formasını geyindiyi "Boluspor" da bu mövsüm sonuncu matçına çıxıb. Sözügedən kollektiv 34-cü tur çərçivəsində doğma meydanda "Əskişəhərspor" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən qələbə ilə ayrılıb - 3:2. Ufuk bu oyunun iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

"Boluspor" mövsümü 49 xalla 18 iştirakçı arasında 9-cu pillədə başa vurub.

 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest