"Neftçi"nin sabiq futbolçusu Slavko Braliç klub prezidenti Kamran Quliyevin vəzifəsindən getməsini istəyir. Matc.az xəbər verir ki, xorvatiyalı müdafiəçi "Neftçi"nin azarkeş qruplarından birinin sorğusunda iştirak edib. Fanatların Feysbukda Kamran Quliyevin klubda qalıb-qalmaması ilə bağlı sorğusunda iştirak edən  Braliç onun getməyinə səs verib.
 
Qeyd edək ki, ötən ilin yayında "Neftçi"yə keçən 27 yaşlı futbolçu yanvardan Yunanıstanın AEK klubunda çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest