Azərbaycan çempionatının I divizionunun VII turunun iki oyunu gec başlayıb. Matç.az saytı xəbər verir ki, AFFA-nın İntizam Komitəsi buğun keçirilən iclasında həmin gecikmələri də müzakirə edib.

"Sumqayıt-2" – "Neftçi-2" matçı təyin olunduğu vaxtdan 4 dəqiqə gec başlandığı üçün meydan sahibi 240 manat cərimə olunub. "Zirə-2" – "Qaradağ Lökbatan" qarşılaşmasında gecikmə daha böyük olub.

Bu dəfə komandalar 8 dəqiqə yubanıb. Komitə hər iki komandanı cəzalandırmağı məqsədəuyğun sayıb. Klublar hərəyə 240 manat ziyana düşüb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest