"Sumqayıt"la keçirəcəyi Azərbaycan Kubokunun final matçından əvvəl "Qəbələ"nin heyətində məcburi dəyişiklik olub. Matc.az xəbər verir ki, "qırmızı-qaralar"ın qapıçısı Dmitro Bezotosnı oyunöncəsi məşqdə zədələnib. Ukraynalı qolkiperi Anar Nəzirov əvəzləyib.

Qeyd edək ki, Bezotosnı Azərbaycan Premyer Liqasının son 3 turunu da zədə üzündən buraxıb. O, bərpa olunaraq, finala çıxmağa hazır vəziyyətə gətirilmişdi.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest