Artıq transfer çalışmalarına start verən "Keşlə" Rəşad Əzizli ilə maraqlanır. "Sumqayıt"da daha çox ehtiyatda qalan Əzizli böyük ehtimalla qarşıdakı 2-3 gün ərzində yeni komandası ilə müqavilə imzalayacaq.

"Keşlə" yay transfer dönəminin ilk keçidini reallaşdırmaq üzrədi. Matc.az saytının əldə etdiyi məlumata görə, "Sumqayıt"ın qapıçısı Rəşad Əzizli karyerasını paytaxt klubunda davam etdirə bilər.

Arxada qalan mövsümü sonuncu pillədə tamamlayan "Keşlə" heyətində köklü islahata bir gündə 13 futbolçu ilə vidalaşaraq başlayıb. Artıq transfer çalışmalarına start verən "Keşlə" Rəşad Əzizli ilə maraqlanır. "Sumqayıt"da daha çox ehtiyatda qalan Əzizli böyük ehtimalla qarşıdakı 2-3 gün ərzində yeni komandası ilə müqavilə imzalayacaq.

Qeyd edək ki, "Keşlə"nin yola saldığı oyunçulardan ikisi qapıçıdı. Belə ki, klub Kamran Ağayev və Davud Kərimi ilə yeni müqaviləyə ehtiyac duymayıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest