"Yunanıstanda azarkeşlər olduqca çılğın, atmosfer dəlicəsinə idi". Matç.az saytının məlumatına görə, bunu "Astana"nın yarımmüdafiəçisi Pedro Enrike deyib.

"Qarabağ"ın sabiq futbolçusu Qazaxıstan klubunun televiziya kanalına açıqlamasında Azərbaycanda keçirdiyi günləri yada salıb. O, çempionlar Liqası matçları zamanı Azərbaycan çempionuna olan dəstəkdən danışıb: "Yunanıstanda fanatlar komandanı çox isti şəkildə dəstəkləyirlər. Azərbaycanda da vəziyyət eyni idi. "Qarabağ" çempionlar Liqasında çıxış edəndə onları təkcə klubun fanatları deyil, bütün ölkə dəstəkləyirdi. "Astana"dakı debüt matçımda gördüyüm atmosfer də məni təəccübləndirdi".

Qeyd edək ki, Pedro Enrike ötən mövsüm icarə əsasında "Qarabağ"ın formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest