Bu gün futzal üzrə Azərbaycan kubokunun yarımfinal mərhələsinin bir oyunu keçirilib. Bakı İdman Sarayında baş tutan qarşılaşmadan sonra finalçılar müəyyənləşib. Mərhələyə əzəli rəqiblər - EKOL-la "Neftçi"nin dueli ilə start verilib.

Bu gün futzal üzrə Azərbaycan kubokunun yarımfinal mərhələsinin bir oyunu keçirilib. Matc.az saytının məlumatına görə, Bakı İdman Sarayında baş tutan qarşılaşmadan sonra finalçılar müəyyənləşib.

Mərhələyə əzəli rəqiblər - EKOL-la "Neftçi"nin dueli ilə start verilib. Rəqibi üzərində böyükhesablı qələbə qazanan EKOL ilk finalçı olub.

Digər matçda isə "Advokat"la "Xəzər Cənub" finala vəsiqə uğrunda yarışmalı idi. Lakin "Xəzər Cənub" oyuna gəlmədiyi üçün "Advokat" qalib elan edilib və finala vəsiqə qazanıb.

Həlledici matç mayın 23-də, saat 14:30-da Bakı İdman Sarayında keçiriləcək.

 

Azərbaycan kuboku

Yarımfinal

20 may

"Neftçi" - EKOL - 1:5

Qollar: Oruc Baxşəlizadə, 01:05 - Radik Əhmədov, 18:38; Əsgər Abasov, 19:40, 31:42, 34:23; Namiq Məmmədkərimov, 21:49

Hakimlər: Azər Əsgərov, Fuad Həsənov, Kənan Məlikov

"Advokat" – "Xəzər Cənub" +/-

Hakimlər: Ramiz Məhərrəmov, Hikmət Qafarlı, Elmir Quluzadə

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest