"Yuventus"un müdafiəçisi Andrea Barzalyi karyerasını bitirib. Matc.az saytının məlumatına görə, 38 yaşlı futbolçu sonuncu dəfə "qoca sinyora"nın heyətində meydana çıxıb.

Belə ki, A seriyasının XXXVII turunda "Atalanta" (1:1) ilə qarşılaşmada start heyətində yer alan İtaliya yığmasının sabiq üzvü 61-ci dəqiqədə əvəzlənib. Bununla o, yaşıl meydanlarla birdəfəlik vidalaşdığını bildirib.

Qeyd edək ki, 2006-cı ildə İtaliya yığması ilə dünya çempionu olan Andrea Barzalyi "Yuventus"un heyətində 8 dəfə A seriyasının, "Volfsburq"la da 1 dəfə Bundesliqanın qalibi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest