PSJ-nin hücumçusu Kilian Mbappe komandasını dəyişə bilər. Matc.az xəbər verir ki, bunu 20 yaşlı forvard özü deyib.

Fransa çempionatının ən yaxşı oyunçusu seçilən milli komandanın üzvü mükafatlandırmadan sonra ayrıla biləcəyini istisna etməyib: "Bu mövsüm çox məyusluq oldu, amma bunlar futbolun bir parçasıdı. Bu mükafatdan məmnunam. Gizlətmirəm, karyeramda yeni dönüş nöqtəsi ola bilər. üzərimə daha çox məsuliyyət götürmək istəyirəm. PSJ-də çox şey öyrəndim və bu komanda üçün oynamaqdan zövq alıram. ümid edirəm ki, yeni hədəfləyimə PSJ və ya başqa bir klubda çatacam".

Qeyd edək ki, Kilian Mbappe "Real"ın transfer gündəmindədi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest