Ardıcıl iki il "Qarabağ"la Azərbaycan çempionu olan Yakub Jezniçak isə qazandığı kubok sayını 14-ə çatdırıb. 2003-cü ildən peşəkar futbolla məşğul olan müdafiəçi 5 dəfə Polşa çempionatının, 6 dəfə Polşa kubokunun, 1 dəfə isə Superkubokunun sahibi olub.

"Bavariya"nın hücumçusu Robert Levandovski Polşa futbol tarixinə düşüb. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, ulduz futbolçu karyerasında 16-cı kubokunu qazanaraq, yeni rekorda imza atıb.

Bu mövsüm Münhen klubu ilə Bundesliqa çempionu olan 31 yaşlı forvard Hubert Kostka, Ervin Vilçek və Maçey Juravskiyə məxsus rekordu yeniləyib. Levandovski Almaniya kuboku və Superkubokunu da qazanaraq, rəqiblərindən uzaqlaşa bilər.

Ardıcıl iki il "Qarabağ"la Azərbaycan çempionu olan Yakub Jezniçak isə qazandığı kubok sayını 14-ə çatdırıb. 2003-cü ildən peşəkar futbolla məşğul olan müdafiəçi 5 dəfə Polşa çempionatının, 6 dəfə Polşa kubokunun, 1 dəfə isə Superkubokunun sahibi olub.

"Qarabağ"a 2017-ci ildə "Legiya"dan keçən Jezniçak bu mövsüm ardıcıl ikinci dəfə Premyer Liqa çempionu olub və Ağdam klubu ilə vidalaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest