Şotlandiya yığmasının yeni baş məşqçisi müəyyənləşib. Matc.az xəbər verir ki, bu barədə məlumatı Şotlandiya Futbol Federasiya rəsmi saytı vasitəsilə yayıb.

Britaniya təmsilçisini bundan sonra Stiv Klark çalışdıracaq. Əvvəllər "çelsi"də Joze Mourinyo, "Vest Hem"də Canfranko Zola, "Liverpul"da isə Kenni Dalqlişin köməkçisi vəzifəsində çalışmış mütəxəssislə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, şotlandiyalı məşqçinin son iş yeri ölkəsinin "Kilmarnok" klubu olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest