İspaniya millisinin və "Barselona"nın sabiq yarımmüdafiəçisi Xavi Ernandes karyerasını bitirib. Matc.az saytı xəbər verir ki, əfsanəvi futbolçu bu gün son oyununa çıxıb.

39 yaşlı oyunçu Asiya çempionlar Liqasında "Əl-Sədd"in heyətində "Persepolis"lə (0:2) qarşılaşmada axırıncı dəfə meydana çıxıb. Onun bundan sonra Qətər təmsilçisində məşqçi kimi çalışması gözlənilir.

Qeyd edək ki, Xavi 2000-2014-cü illərdə "Barselona"nın heyətində 767, İspaniya yığmasında isə 133 oyunda iştirak edib. O, 8 dəfə İspaniya La Liqasının, 3 dəfə İspaniya Kral Kubokunun, 6 dəfə isə Superkubokunun qalibi olub. Xavi eyni zamanda 4 qat çempionlar Liqası, 2 qat UEFA Superkuboku və 2 qat Klublararası Dünya çempionatı qalibidi.

İspaniya millisinin heyətində isə 2010-cu ildə dünya, 2008 və 2012-ci ildə isə Avropa çempionatını qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest