"Arsenal"ın erməni futbolçusu Henrik Mxitaryanın Bakıya gəlib-gəlməyəcəyi bu gün açıqlanacaq. Matc.az xəbər verir ki, bu barədə məlumatı "Times" nəşri yayıb.

Bildirilir ki, London klubu Avropa Liqasının final qarşılaşması üçün Mxitaryanı gətirib-gətirməyəcəyinə məhz gün ərzində qərar verəcək. Həmkarlarımız 30 yaşlı yarımmüdafiəçinin təhlükəsizlik səbəbindən heyətə salınmayacağını düşünürlər. Qərarın da bu yöndə olması gözlənilir.

Halbuki AFFA, Xarici İşlər Nazirliyi, Gənclər və İdman Nazirliyi Mxitaryanın finalda təhlükəsizliyinə zəmanət verib.

Qeyd edək ki, mayın 29-da "Arsenal"la "çelsi" arasında Bakı Olimpiya Stadionunda keçiriləcək final qarşılaşması saat 23:00-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest