Klub rəhbərliyi 25 yaşlı cinah oyunçusunun xidmətində maraqlıdı. Bu səbəbdən gənclər millimizin sabiq üzvü ilə yeni müqavilə imzalanıb.

Yeni mövsümün heyətini qurmaq üçün hazırlıqlarını sürətləndirən "Keşlə"də daha bir futbolçunun taleyinə aydınlıq gəlib. Matc.az saytının məlumatına görə, müdafiəçi Azər Salahlı ilə "yola davam" qərarı verilib.
 
Klub rəhbərliyi 25 yaşlı cinah oyunçusunun xidmətində maraqlıdı. Bu səbəbdən gənclər millimizin sabiq üzvü ilə yeni müqavilə imzalanıb. Salahlı komandası ilə 1+1 illik sözləşmə imzalayıb. Futbolçu növbəti mövsüm özünü yaxşı tərəfdən göstərə bilsə, anlaşma müddəti avtomatik olaraq daha 1 il müddətinə uzadılacaq.
 
Qeyd edək ki, buna qədər Slavik Alxasovla yeni saziş imzalayan "Keşlə" 13 futbolçu ilə yollarını ayırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest