"Trabzonspor"un orta sahə oyunçusu Azərbaycanla Türkiyə yığması arasında seçim edəcəyini söyləyib. O, Türkiyə millisində oynamaq arzusunda olduğunu da gizlətməyib: "Azərbaycanın aşağı yaş qrupu üzrə yığmasında oynamışam".

Azərbaycanın U-17 yığmasının keçmiş futbolçusu Murat Cem Akpınar milli komanda ilə bağlı yekun qərarını verməyib. Matc.az xəbər verir ki, bunu 20 yaşlı yarımmüdafiəçi özü 61saat.com portalına açıqlamasında deyib.

"Trabzonspor"un orta sahə oyunçusu Azərbaycanla Türkiyə yığması arasında seçim edəcəyini söyləyib. O, Türkiyə millisində oynamaq arzusunda olduğunu da gizlətməyib: "Azərbaycanın aşağı yaş qrupu üzrə yığmasında oynamışam. Təbii ki, xəyalım Türkiyə yığmasıdı. Təklif gələrsə, bu komandanın formasını geyinə bilərəm. Amma hələ seçimimi etməmişəm".

Qeyd edək ki, Murat Cem Akpınar 2015-ci ildə U-17 yığmamızda çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest