Bu gün AFFA İntizam Komitəsinin (İK) iclası olub. Mövsümün son yığıncağında Azərbaycan kubokunun final qarşılaşmasında qeydə alınan neqativ hallar müzakirə edilib.

Bu gün AFFA İntizam Komitəsinin (İK) iclası olub. Matc.az saytının məlumatına görə, mövsümün son yığıncağında Azərbaycan kubokunun final qarşılaşmasında qeydə alınan neqativ hallar müzakirə edilib.

"Sumqayıt"la görüşdə 4 futbolçusu sarı vərəqə alan "Qəbələ" 800 manat cərimələnib. Oyunun 90+5-ci dəqiqəsində kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılan "Sumqayıt"ın yarımmüdafiəçisi Cavid Tağıyev 2 matçlıq diskvalifikasiya olunub, klubu 1600 manat məbləğində cərimələnib.

Qeyd edək ki, "Sumqayıt" üzərində 1:0 hesablı qələbə qazanan "Qəbələ" Azərbaycan kubokunun sahibi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest