17 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin VIII qrupunda ilk tura yekun vurulub. Matç.az saytı xəbər verir ki, Azərbaycan yığmasının Norveçə 1:4 hesabı ilə uduzduğu günün ikinci qarşılaşması da darmadağınla başa çatıb.

Qrup oyunlarının meydan sahibi Albaniya çexiya ilə üz-üzə gəlib. Qonaqlar bu görüşdə 6 cavabsız qolla qalib gəlib.

çexiyalılar ilk yarıda vurulan 4 qolla matçın taleyini həll etsə də, fasilədən sonda da sakitləşməyib. Voyteh Voyatçkenin het-trik etdiyi görüşdə Antonin Svoboda, Adam Hlojek və Vatslav Seyk hərəyə 1 dəfə fərqlənib.

Qeyd edək ki, oktyabrın 26-da keçiriləcək II turda Azərbaycan yığması məhz çexiya ilə üz-üzə gələcək.

1

çexiya

1

1

0

0

6-0

3

2

Norveç

1

1

0

0

4-1

3

3

Azərbaycan

1

0

0

1

1-4

0

4

Albaniya

1

0

0

1

0-6

0

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest