"Avropa Liqasının final qarşılaşması ilə bağlı paytaxtın bəzi küçələrində məhdudiyyət qoyulması ilə bağlı informasiya doğru deyil". Bu sözləri matc.az saytına açıqlamasında AFFA-nın İnformasiya  və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Firuz Abdulla deyib.

Assosiasiya rəsmisi bildirib ki, mayın 25-dən 31-dək Bakının bəzi mərkəzi küçə və meydanlarında vətəndaşların sıx hərəkətinə məhdudiyyət qoyulmayacaq: "Final oyunu ərəfəsində Bakı şəhərinin hər hansı ərazisində vətəndaşların hərəkətinə məhdudiyyət qoyulması ilə bağlı nə oyunun yerli Təşkilat Komitəsinin, nə də UEFA-nın belə bir istəyi və ya tələbi olub. Bu məlumatın hardan qaynaqlandığı barədə informasiyamız yoxdu".

Qeyd edək ki, Avropa Liqasının final oyunu mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək. Həlledici qarşılaşmada İngiltərənin iki təmsilçisi - "Arsenal"la "çelsi" üz-üzə gələcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest