29 Mart 2025, 10:35
FUTBOL
"Çelsi" "Atletik"in 22 yaşlı vingeri Niko Uilyamsın transferi üçün danışıqlara başlayıb.
Matc.az xəbər verir ki, bu barədə "TEAMtalk" məlumat yayıb.
Bildirilir ki, ispaniyalı futbolçunun müqaviləsində 58 milyon avro məbləğində vaxtından əvvəl xitam verilməsi bəndi var. Hücumçu ən nüfuzlu yarışlarda oynamaq istədiyi üçün London klubu gələn mövsüm Çempionlar Liqasına vəsiqə qazana bilməsə, Uilyamsın potensial transferinin çətinləşə biləcəyi vurğulanır.
Qeyd edək ki, Uilyams bu mövsüm bütün turnirlərdə 37 oyun keçirib, 9 qol vurub və 7 məhsuldar ötürmə edib. 22 yaşlı hücumçunun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir. "Transfermarkt" portalında futbolçunun dəyəri 70 milyon avrodur.