Qərb təmsilçisi turnirdə 100-cü oyununa çıxıb. Komanda 100 qarşılaşmada 34 qələbə qazanıb, 28 heç-heçə edib və 38 dəfə məğlub olub.

Misli Premyer Liqasının XXVIII turu "Turan Tovuz" üçün əlamətdar olub.

Matc.az xəbər verir ki, Qərb təmsilçisi turnirdə 100-cü oyununa çıxıb.

Premyer Liqada 3-cü mövsümünü keçirən Tovuz klubu yubiley oyununda "Qarabağ"a 1:4 hesabı ilə uduzub. Komanda 100 qarşılaşmada 34 qələbə qazanıb, 28 heç-heçə edib və 38 dəfə məğlub olub. Bu görüşlərdə 124 dəfə fərqlənən tovuzlular 135 qol buraxıb.

Tovuzdakı matç həm də meydan sahiblərinin 50-ci ev oyunu olub. 18 qələbə və 12 heç-heçəsi olan komanda 20-ci məğlubiyyətini alıb. 67 qol vuran "Turan Tovuz" 70 top buraxıb.

Qeyd edək ki, Premyer Liqada 2022/23 mövsümündə debüt edən Tovuz təmsilçisi ilk matçını 2022-ci il avqustun 8-də "Qəbələ"yə qarşı keçirib – 0:2.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest