"Bavariya" Tomas Müllerlə bağlı qərar verib.

Matc.az xəbər verir ki, Münhen komandası 35 yaşlı futbolçu ilə müqaviləni yeniləməyəcək.

Klub nümayəndələri 35 yaşlı almaniyalı ilə iki dəfə danışıq apardıqdan sonra bu qənaətə gəliblər. Forvardın hazırkı müqaviləsi bu yay başa çatır.

Xatırladaq ki, Müller "Bavariya"nın yetirməsidir. O, Almaniya nəhəngi ilə 12 dəfə Almaniya çempionu, 6 dəfə Almaniya kubokunun qalibi, 2 dəfə Çempionlar Liqasının qalibi, 2 dəfə UEFA Superkubokunun qalibi və 2 dəfə klublararası dünya çempionatının qalibi oldu.

Müller ümumilikdə "Bavariya"nın heyətində 741 oyun keçirib, 247 qol vurub və 273 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest