29 Mart 2025, 12:49
FUTBOL
Braziliya Futbol Konfederasiyası (CBF) milli komandaya əcnəbi baş məşqçi təyin etmək niyyətindədir.
Matc.az xəbər verir ki, bu barədə yerli UOL nəşri məlumat yayıb.
Dorival Juniorun istefaya göndərilməsindən sonra CBF üç əsas namizədi nəzərdən keçirir. Bunlar Karlo Ançelotti ("Real", Madrid), Xosep Qvardiola ("Mançester Siti") və Jorje Jezuşdur ("Əl-Hilal").
İddiaya görə, qurumun prezidenti Ednaldo Rodriqes Ançelottinin namizədliyinə üstünlük verir.
Qeyd edək ki, Braziliya yığması son olaraq DÇ-2026-nın seçmə mərhələsində Argentinaya 1:4 hesabı ilə uduzub.