"Barselona" "Çelsi"nin maraq dairəsinə düşən müdafiəçisi Jül Kunde ilə müqaviləni uzatmaq istəyir.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "Sport.es" paylaşıb.

Bildirilir ki, fransalı futbolçu Kataloniya klubunda xoşbəxtdir və uzun illər orada qalmaq istəyir. Lakin Kunde biliri ki, "Çelsi"də istədiyi mərkəz müdafiəçisi mövqeyində oynaya bilər, həm də daha çox qazana bilər.

Qeyd edək ki, Kunde bu mövsüm bütün turnirlərdə 44 oyun keçirib, 3 qol vurub və 8 məhsuldar ötürmə edib. 26 yaşlı müdafiəçinin klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun dəyəri 60 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest