Məşhur "Transfermarkt" internet portalı qış "transfer pəncərəsi"ndən sonra dünyanın ən bahalı futbolçularından ibarət yeni komandasını tərtib edib.
Matc.az xəbər verir ki, "11-lik"də ən çox "Real"ın futbolçular yer alıb.
Yığmaya Madrid klubundan 4, "Arsenal"dan 2, "Borussiya", "İnter", "Bayer", "Barselona" və "Mançester Siti"dən isə 1 futbolçu daxil olub.
Qapıçı: Qreqor Kobel ("Borussiya" Dortmund) - 40 milyon avro.
Müdafiəçilər: Uilyam Saliba ("Arsenal") - 80 milyon avro, Alessandro Bastoni ("İnter") - 80 milyon avro, Qabriel Maqalhaes ("Arsenal") - 75 milyon avro.
Yarımmüdafiəçilər: Federiko Valverde ("Real", Madrid) - 130 milyon avro, Cud Bellinqhem ("Real", Madrid) - 180 milyon avro, Florian Virtz ("Bayer") - 140 milyon avro.
Hücumçular: Lamin Yamal ("Barselona") - 180 milyon avro, Vinisius Junior ("Real" Madrid) - 200 milyon avro, Erlinq Haaland ("Mançester Siti") - 200 milyon avro, Kilian Mbappe ("Real", Madrid) - 170 milyon avro.