"Qəbələ"nin 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasının çempionlar yolunun I mərhələsinin cavab oyunu öncəsi son məşqini keçirib. Matç.az klubun saytına istinadən xəbər verir ki, dünən matçın keçiriləcəyi Moldovanın Tiraspol şəhərinə çatan "qırmızı-qaralar" "Şerif"lə görüşün hazırlığını yekunlaşdırıb.

Emin İmaməliyevin baş məşqçisi olduğu komanda matçın keçiriləcəyi "Şerif" stadionunun kiçik arenasında məşq edib.

Sabah keçiriləcək "Şerif" -  "Qəbələ" qarşılaşması da kompleksin bu meydançasında baş tutacaq. Matç Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Xatırladaq ki, oktyabrın 3-də Qəbələ şəhər stadionunda keçirilən ilk görüşdə qalib müəyyənləşməmişdi – 1:1.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest