"Arsenal"ın Avropa Liqasının final oyunu üçün erməni futbolçusu Henrik Mxitaryanı Bakıya gətirməmək qərarı Britaniyada heç də hər kəs tərəfindən müsbət qarşılanmayıb. Matc.az xəbər verir ki, "Metro" və "Evening Standard" nəşrlərinin redaktoru Custin Palmer həlledici qarşılaşmanın Bakıya salınması üçün narazılığına görə, "topçular"ı tənqid edib.

O, tvitter hesabı vasitəsilə narazılığını dilə gətirib. Palmer 2007-08 mövsümündə Moskvada, ötən il isə Kiyevdə çempionlar Liqası finalının baş tutduğunu xatırladıb: "Bu tam cəfəngiyyatdı. Siz nə vaxtsa Bakıda olmusunuz? Moskva çempionlar Liqasının finalına ev sahibliyi edərkən və ya Donbassda müharibə şəraiti olduğu təqdirdə finalı Kiyevdə keçirərkən insan hüquqlarına dair yazı yazdınızmı?"

Qeyd edək ki, Avropa Liqasının final oyunu mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək. Həlledici qarşılaşmada "Arsenal"la "çelsi" üz-üzə gələcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest