UEFA Avropa Liqasının finalının Bakıda keçirilməsinə görə ən çox "Arsenal" rəhbərliyi, rəsmiləri və oyunçuları narazılıq etsə də, ölkəmizə gəlməyi səbirsizliklə gözləyənlər də var. Matc.az saytının məlumatına görə, "topçular"ın yarımmüdafiəçisi Məsut özil Bakıya gəlmək üçün gün sayır.

Belə ki, şəxsi tvitter səhifəsi vasitəsilə açıqlama yayan türk əsilli almaniyalı futbolçu finala kimi qalan 7 günü səbrsizliklə gözlədiyini bildirib. O, azərbaycan dilində yerli fanatlara səslənərək yenidən Bakıda görüşməkdən şad olduğunu qeyd edib: "Azərbaycanlı qardaşlarım! Biz bunu etdik – finaldayıq! Bakıda görüşənədək".

Qeyd edək ki, Avropa Liqasının final görüşü mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək. Həlledici görüşdə "Arsenal"la "çelsi" üz-üzə gələcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest