Daha əvvəl 48 millinin iştirakı ilə keçirilməsi planlaşdırılan Qətər – 2022 dünya çempionatında əvvəlki kimi 32 komanda mübarizə aparacaq. Matc.az saytının məlumatına görə, bu barədə FİFA rəsmi açıqlama yayıb.

Dünyanın ali futbol qurumundan bildirilib ki, təşkilatçı ölkənin əlavə qarşılaşmaları keçirmək üçün hazırlaşmağa kifayət qədər vaxtı olmadığı üçün qaydalar dəyişilməz qalıb. Maraqlıdır ki, mundialın bir neçə matçının Qətərdən kənarda keçirilməsi də müzakirə olunur. Hazırda "köməkçi" ölkələrə ən real namizədlər Qətərin qonşuları Küveyt və Omandır.

Reqlamentlə bağlı son qərar isə FİFA-nın 5 iyunda keçiriləcək konqresində açıqlanacaq.

Qeyd edək ki, Dç-2022 ilk dəfə qış aylarında 21 noyabr – 18 dekabr aralığında keçiriləcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest