"Marsel"in baş məşqçisi Rudi Qarsiya bu mövsümün sonunda komandadan ayrılacağını açıqlayıb. Matc.az xəbər verir ki, bu barədə 55 yaşlı mütəxəssis keçirdiyi mətbuat konfransında deyib.

O, klub rəhbərliyinə bu qərarını bildirdiyini və istefasının qəbul olunduğunu bəyan edib. Artıq yeni çalışdırıcı axtarışlarına başlayan fransızların namizədlərindən biri portuqaliyalı Joze Mourinyodu.

Qeyd edək ki, Rudi Qarsiya 2016-cı ildən "Marsel"i çalışdırır. Onun rəhbərliyi altında komanda cari mövsümdə 58 xal toplaya bilib və sona bir tur qalmış 6-cı pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest