"Yuventus"un müdafiəçisi Joao Kanselo karyerasını İngiltərədə davam etdirə bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "Mançester Siti" 24 yaşlı oyunçunun xidmətində maraqlıdı.

ötən yay "Valensiya"dan transfer edilən Portuqaliya millisinin üzvü İtaliya çempionunda xoşbəxt deyil. Buna səbəb onun əsas heyətə düşməkdə çətinlik çəkməsidi. Bundan yararlanmaq istəyən "şəhərlilər" cinah müdafiəçisinə təklif göndərib. Premyer Liqa çempionu bu keçidin reallaşması üçün qarşı tərəfə 60 milyon avro ödəməyə hazırdı.

Qeyd edək ki, Joao Kanselo "Yuventus"dakı ilk mövsümündə ümumilikdə 34 oyun keçirib, 1 qol, 8 məhsuldar ötürmə ilə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest