"Roma"nın sabiq baş məşqçisi Eusebio Di Françesko İspaniyada çalışacaq. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, 49 yaşlı mütəxəssis "Sevilya"ya rəhbərlik edəcək.

Tərəflər arasında danışıqlar artıq müsbət nəticələnib və italiyalı 2 illik müqaviləyə razılıq verib. Klub gələn həftə onu təqdim etməyi planlaşdırır.

Qeyd edək ki, "Sevilya" martda Pablo Maçini qovduqdan sonra komandanı mövsümün axırlarında Xakin Kaparros çalışdırıb. Əndəlüs təmsilçisi La Liqada mövsümü 6-cı pillədə başa vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest