"Real"ın kapitanı Serxio Ramos komandasını dəyişə bilər. Matc.az saytının "Marca"ya istinadən məlumatına görə, mərkəz müdafiəçisi özü bu barədə düşünməyə başlayıb.

Geridə qalan mövsüm komanda daxilində baş verənlər 33 yaşlı oyunçunu bu fikrə vadar edib. PSJ və "Mançester Yunayted" İspaniya millisinin üzvünün xidmətində maraqlı olan klublardı. Düzdü, klub rəhbərliyi onun ayrılmasını istəmir. Yaxın günlərdə tərəflər arasında baş tutacaq görüş zamanı yekun qərar veriləcək.

Qeyd edək ki, Serxio Ramos 2005-ci ildən "Real"da çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest