Futzal üzrə Azərbaycan millisinin müdafiəçisi Everton Kardoso hazırkı klubu ilə müqaviləsini bir il müddətinə uzadıb. Matc.az xəbər verir ki, bu haqda İspaniyanın "Levante" klubu məlumat yayıb.

ötən ilin yayında bu komandaya keçən Kardoso ilə müqavilə may ayına qədər idi. Gəldiyi gündən əsas simaya çevrilən müdafiəçinin qalması üçün ona yeni anlaşma təqdim olunub. Nəticədə razılıq əldə edilib və Kardoso 2019-2020 mövsümünü də "Levante"də keçirəcək.

Qeyd edək ki, 2016-ci ildən Azərbaycan yığmasına cəlb edilən "Qalo" 2016-2018-ci illərdə "Araz"ın üzvü olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest