"Futbol bu cür təzyiqlər altında qalacaqsa, gələcəkdə heç nə təşkil edə bilməyəcəyik. Fransa terror hücumlarının hədəfi olduğu vaxt o ölkədə Avropa çempionatının təhlükəsizliyini təmin etməyə nail olmuşduq".

UEFA prezidenti Aleksander çeferin "Arsenal"ın erməni futbolçusu Henrik Mxitaryanın Bakıda "çelsi" ilə Avropa Liqasının final oyununu buraxmasına şərh verib. Matc.az saytının məlumatına görə, qitə futbol qurumunun rəhbəri "Spigel" jurnalına müsahibəsində bunun oyunçunun şəxsi qərarı olduğunu söyləyib.

Sloveniyalı prezident bu məsələdə təşkilatçı ölkəni dəstəkləyib: "Futbol bu cür təzyiqlər altında qalacaqsa, gələcəkdə heç nə təşkil edə bilməyəcəyik. Fransa terror hücumlarının hədəfi olduğu vaxt o ölkədə Avropa çempionatının təhlükəsizliyini təmin etməyə nail olmuşduq".

51 yaşlı funksioner eyni zamanda çempionlar Liqasının format dəyişikliyinin də əleyhinə çıxış edib. O, turnirin oyunlarının həftəsonu keçirilməsi ilə bağlı təklifin qəbul olunmayacağını vurğulayıb: "Əgər məndən soruşursuzsa, heç nəyi dəyişməyə ehtiyac yoxdu. Amma Avropa Klublar Assosiasiyası tərəfindən irəli sürülən təklifləri UEFA müzakirə edir. Qurum avrokubok oyunlarının həftəsonu, istirahət günləri keçirilməsi məsələsinə veto qoyub. Bu, baş verməyəcək".

Qeyd edək ki, Avropa Liqasının final görüşü mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest