"Arsenal"ın futbolçuları Avropa Liqasının finalı üçün Bakıya gətirilməyən erməni futbolçu Henrik Mxitaryana dəstək verməyə çalışıb. Mayın 25-dən paytaxtımızda olan "topçular" məşqlərə üzərində Mxitaryanın adı yazılan formalarla çıxmaq istəyib.

"Arsenal"ın futbolçuları Avropa Liqasının finalı üçün Bakıya gətirilməyən erməni futbolçu Henrik Mxitaryana dəstək verməyə çalışıb. Matc.az-ın Britaniya mətbuatına istinadən məlumatına görə, mayın 25-dən paytaxtımızda olan "topçular" məşqlərə üzərində Mxitaryanın adı yazılan formalarla çıxmaq istəyib.

Lakin onların planı baş tutmayıb. çünki UEFA buna icazə verməyib. Qitə futbol qurumu London təmsilçisinə təxribat yönlü hərəkətlərin qadağan olunduğunu çatdırıb. Bu üzdən "Arsenal" Bakıda Mxitaryanla bağlı heç bir tədbir görə bilməyəcək.

Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək görüşdə "Arsenal" "çelsi" ilə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest