"Tobol"un Qazaxıstan Premyer Liqasının XXII turunda "Taraz"la səfər oyununun (1:0) ən yaxşı futbolçuları müəyyənləşib. Matc.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "InStat"ın təhlilinə əsasən, Azərbaycan millisinin qapıçısı Emil Balayev növbəti dəfə ilk "3-lüy"ə düşüb.

Qolkiper bu dəfə komandasının ən yaxşı göstəriciyə malik oyunçusu olub. Rəqibin 4 zərbəsinin qarşısını alan 25 yaşlı qapıçı 290 xal toplayıb. Onu Aleksandr Kleşenko (250 xal) və Fernander Kassay (240 xal) izləyib.

Qeyd edək ki, "Tobol" hazırda Qazaxıstan çempionatında 2-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest