Müqaviləsi 2025-ci ilin iyunun sonunda başa çatacaq "Mançester Siti"nin yarımmüdafiəçisi Kevin De Bruyne karyerasını İtaliya çempionatında davam etdirmək ehtimalı yüksəkdir.

Matc.az xəbər verir ki, bu barədə "Sky in Italy" məlumat yayıb.

Bildirilir ki, "Napoli" belçikalı futbolçu ilə müqavilə imzalamağın bir addımlığındandır. O, gələn bazar ertəsi tibbi müayinədən keçməlidir.

Qeyd edək ki, De Bruyne ötən mövsüm "Mançester Siti"nin heyətində 40 oyun keçirib, 6 qol vurub və 8 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest