"Mançester Yunayted"in hücumçusu Romelu Lukaku İtaliyaya köçməyə hazırlaşır. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, belçikalı futbolçu "İnter"ə keçir.

26 yaşlı forvard milanlılarla danışıq aparıb və artıq razılıq da əldə olunub. Lukaku "neradzurra" ilə 5 illik müqavilədə ortaq məxrəcə gəlib. Onun illik məvacibi 7,5 milyon avro təşkil edəcək. "Mançester Yunayted"i tərk etməkdə qərarlı olan ulduz futbolçu fikrini klub rəhbərliyinə də çatdırıb. İndi qalır klubların anlaşması.

Qeyd edək ki, Lukaku ötən mövsüm Premyer Liqada keçirdiyi 32 oyunda 12 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest