"Mənə Azərbaycandan təklif gələndə dərhal bu ölkənin harda olması, ailəm üçün riskin olub-olmaması barədə düşündüm. Əsla yox. Təhlükəsizliyin səviyyəsi məni təəccübləndirdi. İki il ərzində heç bir problem görmədim". Matc.az saytının məlumatına görə, bunu son iki mövsümü "Qəbələ"də keçirən Stiven Jozef-Monroz deyib.

Bu yay "Qəbələ"dən ayrılan və "Neftçi"yə keçidi gündəmdə olan fransalı hücumçu ölkəsində verdiyi müsahibədə Bakı və Azərbaycan barədə danışıb: "Bütün dinlərə hörmətlə yanaşılır. Bakı çox gözəl şəhərdi. Asudə vaxtı keçirməklə bağlı çətinlik yoxdu. Azərbaycan tam inkişafdadı. Qətərdəki kimi binalar tikməyə və bu tip işlər görməyə çalışırlar".

Azərbaycan futbolunun səviyyəsinə də toxunan 29 yaşlı forvard Premyer Liqada komanda sayının az olduğunu söyləyib: "Futbol Qərbi Avropadan fərqlənir. Səviyyə bir az aşağı, komandaların sayı azdı. Aşağı divizionda pul və peşəkar olmaq məcbur deyil. Amma Premyer Liqada komandaların sayını artırmaq istəyirlər. Bu ölkədə insanlar futbola o qədər çox baxmırlar. Yalnız "Qarabağ" və "Neftçi"nin böyük sayda azarkeşləri var".

Monroz Avropa Liqasının final matçının Bakıda keçirilməsinə də münasibət bildirib: "Avropa Liqasının finalının Bakıda keçirilməsinə təəccübləndim. Lakin bu, insanları stadiona gətirəcək. Bakıda azarkeşlərin bu oyunu buraxmaması ilə bağlı plakatlar çoxdu. Azərbaycan futbolda da inkişaf edir. "Qarabağ" Avropa Liqasında, bir dəfə isə çempionlar Liqasında qrupa düşüb".

Fransalı futbolçu futbolumuzda inkişafın olduğunu da vurğulayıb: "Mən ora gedəndə cəmi iki fransalı çıxış edirdi. İndi isə sayımız 8-9 nəfərdi. Əvvəl süni örtüklü meydançalar çox idi, indi daha çox təbii örtüyə üstünlük verməyə başlayıblar. Eyni komandalarla oynamağımız bir az darıxdırıcıdı. Futbolçular "Qarabağ"la görüşdə daha motivasiyalı olur. Amma mən bütün matçlara köklənirəm. çünki bizə buna görə pul verirlər. "Qarabağ" kimi klublarda çıxış edən legionerlər ildə 400-600 min avro qazanırlar. Bu, Fransanın 2-ci liqasında olduğu kimidi. Bir müddət əvvəl Maykl Essyen "Səbail"lə müqavilə imzalayıb. Onun keçidi barədə çox yazıldı. Lakin o qədər də çox şans qazanmır. Məncə, hələ fiziki cəhətdən hazır deyil. Lakin onun bir illik müqaviləsi qalıb".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest