UEFA futbol qaydalarına edilən dəyişikliklərin tətbiq olunacağı vaxtı açıqlayıb. Yeni qaydalar iyunun 25-dən başlayaraq tətbiq olunacaq. Halbuki bu, əvvəlcədən iyunun 1-nə planlaşdırılmışdı. Bir müddət əvvəl IFAB oyun qaydalarında dəyişikliklər edib.

UEFA futbol qaydalarına edilən dəyişikliklərin tətbiq olunacağı vaxtı açıqlayıb. Matc.az xəbər verir ki, yeni qaydalar iyunun 25-dən başlayaraq tətbiq olunacaq.

Halbuki bu, əvvəlcədən iyunun 1-nə planlaşdırılmışdı. Bir müddət əvvəl Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) oyun qaydalarında aşağıdakı dəyişiklikləri edib:

1. Qaydalarda əllə oyun dəqiqləşdirilib. Bilmədən əllə oynayan futbolçu qol vursa və ya qol vəziyyəti yaratsa, cəzalanacaq;

2. Əvəzlənən futbolçu bütün meydanboyu yox, ona yaxın olan yan xətt tərəfdən ehtiyat oyunçular skamyasına yollanmalıdı;

3. Komanda nümayəndələrinin qeyri-idman hərəkətinə görə sarı və qırmızı vərəqələrlə cəzalandırılma qaydaları dəqiqləşdirilib;

4. Topa digər komandanın oyunçusu toxunmamışdan əvvəl qapıdan zərbə zamanı topun cərimə meydançasını tərk etməli olduğuna dair qayda ləğv edilib;

5. Hücum edən komandanın oyunçularının canlı sədd qurulmasında aktiv iştiraklarına dair qaydalar təsdiqlənib. İndi onların bunu etmələrinə qadağa qoyulub. Cərimə zərbəsini yerinə yetirən komandanın oyunçuları müdafiə olunan tərəfin qurduğu səddən azı bir metr məsafədə olmalıdılar;

6. Penalti yerinə yetirilərkən qolkiperlərin qapı xətti üzərinə ayaqlarından birini qoyması da kifayətdi;

7. Bəzi hallarda top baş hakimə dəydikdən sonra "mübahisəli top" təyin olunacaq.

Qeyd edək ki, yeni qaydalar Millətlər Liqasının final mərhələsi, AVRO-2020-nin seçmə mərhələsinin III və IV turları, U-21-lərin Avropa çempionatı və Regionlar kubokunun final mərhələlərində tətbiq olunmayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest