İspaniya futbolunda qalmaqallar böyüyür. Matc.az saytının "Marca"ya istinadən məlumatına görə, bir neçə futbolçu yerli polis tərəfindən saxlanılıb.

Onlar arasında Samu Sais ("Xetafe), İniqo Lopes Montanya ("Deportivo"), Raul Bravo (sabiq "Real"lı), Borxa Fernandes (sabiq "Valyadolid"li) və Karlos Aranda (sabiq "Las-Palmas") kimi futbolçular da var. Həmçinin "Hueska"nın prezidenti Aqustin Lasaos və tibbi şöbənin rəhbəri Xuan Qalindo Laus da yaxalanıb. "Hueska"nın ofisində isə axtarış aparılıb.

Bütün bunlar "Hueska" - "Ximnastika" (0:1) oyunu ilə bağlıdı. Belə ki, hesab 0:0 olarkən Ukrayna və Asiya ölkələrində qonaqların qələbəsinə anormal miqdarda pul yatırılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest