33 yaşlı oyunçu bildirib ki, meydana qələbə əzmi ilə çıxacaqlar: "Rəqib barədə yüksək fikirdəyik. Oyunlarını izləmişik, yaxşı komandadı. İlk iki oyunda uduzsalar da, rəqiblərinə çətin anlar yaşadıblar. Ancaq biz də özümüzə güvənirik. Rəqibi yaxşı analiz etmişik. İnanırıq ki, müsbət nəticə qazanacağıq".

"Bilirik ki, bizi çox çətin və önəmli oyun gözləyir". Matç.az saytı xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Miçel deyib.

İspaniyalı yarımmüdafiəçi Bakı Olimpiya Stadionunun konfrans zalında təşkil edilən mətbuat konfransında sabah Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Vorskla" ilə keçiriləcək oyunla bağlı fikirlərini bölüşüb.

33 yaşlı oyunçu bildirib ki, meydana qələbə əzmi ilə çıxacaqlar: "Rəqib barədə yüksək fikirdəyik. Oyunlarını izləmişik, yaxşı komandadı. İlk iki oyunda uduzsalar da, rəqiblərinə çətin anlar yaşadıblar. Ancaq biz də özümüzə güvənirik. Rəqibi yaxşı analiz etmişik. İnanırıq ki, müsbət nəticə qazanacağıq".

- Rəqibin hansı xüsusiyyətlərini qabardardınız?
- Videolarını izləmişik, kompakt komandadı. Hücumameyilli oyunçuları sürətlidi. "Arsenal"a görüşdə 4 top fərqi ilə geridə olsalar da, 2 qol vura bilmişdilər. Həm avrokubokda, həm də daxili çempionatda asan rəqib yoxdu. Amma yenə də müsbət nəticə üçün çalışacağıq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest