"çox məmnunam. Mükafat azarkeşlər üçün də önəmlidi. Bizim üçün də çox vacibdi. Hesab edirik ki, biz bu qələbəyə layiq idik. Yanvar və fevralda problemlər yaşadıq, amma buna yaxşı reaksiya verdik və çempionlar Liqasına vəsiqə qazandıq, ardınca Liqa Kubokunda finala çıxdıq, Avropa Liqasında isə 15 oyun keçirdik və uduzmadan qalib olduq. Bu mənim üçün çox önəmlidi. Oyunçularım üçün çox məmnunam". Matc.az saytının məlumatına görə, bu sözləri "çelsi"nin baş məşqçisi Maurisio Sarri deyib.

İtaliyalı məşqçi Avropa Liqasının Bakıda keçirilən final oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb.

- İlk hissə ilə ikinci arasında çox fərq oldu. Fasilədə nə baş verdi?
- Bizim üçün çətin başlamışdı oyun. Oyunçulardan xahiş etdim ki, daha cəsarətli olsunlar. Biz risk etməli idik və bunu bacardıq. İkinci hissədə çətin rəqibə qarşı çox yaxşı oynadıq. "Arsenal" əks-hücumda çox təhlükəlidi. Düşünürəm ki, azarkeşlər üçün də yaxşı oyun göstərdik.

- Azarın gedəcəyini nə vaxt bildiniz?
- Azar möhtəşəm oyunçudu. Amma 2-3 ay onunla vaxt keçirməlisiniz ki, insan kimi tanıyasınız. Bilirdim ki, Eden "çelsi"dən getmək istəyir. Onun qərarına həmişə hörmətlə yanaşıram. Sabah klubun sahibi ilə danışacağıq. Müzakirə edib qərara gəlməliyik ki, görək mən klub üçün və ya klub mənim üçün nə edə bilər? Davam edən müqaviləm var.

- Siz Premyer Liqada qalmaq istəyirsinizmi?
- Siz gözəl bilirsiniz ki, PL-də yarış səviyyəsi çox yüksəkdi. Mən özümü xoşbəxt hiss edirəm ki, dünyanın ən yaxşı klublarından birində məşqçiyəm. Amma bilmək istəyirəm ki, görək klub mənim işimdən nə dərəcədə razıdır. Bu normal prosedurdu. Mən qalmaq istəyirəm, amma bu sadəcə mənim istəyimdir, bu isə hər şeyi həll etmir.

Zaur XUDİYEV

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest