"Gənclərbirliyi" klubunda gözlənilməz baş məşqçi istefası qeydə alınıb. Matc.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Dəniz Yılmazın formasını geyindiyi komandanı çalışdıran İbrahim üzülməzlə yollar ayrılıb.

Geridə qalan mövsümdə paytaxt klubu ilə TFF I liqada 2-ci yeri tutan və komandanı Superliqaya daşıyan gənc mütəxəssisin sürpriz istefasının səbəbi açıqlanmayıb.

Qeyd edək ki, İbrahim üzülməz mövsümün gedişində istefaya göndərilən Ərkan Sözərini əvəzləmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest